Qaytarma və Dəyişdirmə şərtləri


Technolife.az saytından alınan məhsullar alındığı tarixdən etibarən 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Dəyişdirmə və qaytarılma şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Aşağıdakı şərtlər, məhsulun qaytarılmasında və ya dəyişdirilməsində imtinaya səbəb olur:

1. Məhsul və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü pozulubsa (mexaniki zədələr, cızıqlar, sürtülmələr varsa, birdəfəlik qablaşdırmalı məhsullar üçün isə – qablaşdırma açılıbsa);

2. Zavod plombu, qoruyucu örtüyü, yarlığı pozulubsa;

3. Məhsulda istifadə izləri aşkarlanarsa.

Əgər məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı Technolife.az tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində müştərinin kartına geri qaytarılır.

Dəyişdirilmə və qaytarılma şərtləri ilə bağlı istənilən sualınızı +994 55 255 88 06 Çağrı mərkəzinə zəng edərək dəqiqləşdirə bilərsiniz.